Donald Tramp: "Amerika hərbçiləri Meksika ilə sərhəddəki miqrantlara atəş aça bilərlər"


Dünya 02 Noy 2018 23:12:00 281 0

Donald Tramp: "Amerika hərbçiləri Meksika ilə sərhəddəki miqrantlara atəş aça bilərlər"

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika hərbçiləri Meksika ilə sərhəddə toplaşan miqrantlara atəş aça bilərlər.

Son.az "report"-a istinadən bildirir ki, onun sözlərinə görə, əgər qaçqınlar hərbçilərə daş atmağa başlasalar, hərbçilərin onlara atəş açmaq ixtiyarı var. Ağ Ev rəhbəri həmçinin əlavə edib ki, Amerika hərbi qulluqçuları onlara atılacaq daşlara silah kimi baxacaqlar.