Amerikalı gimnastlar komandasının rəhbəri: Bakıda Milli Gimnastika Arenası - məşqlər üçün əla məkandır


Digərləri 02 Noy 2018 23:17:00 253 0

Amerikalı gimnastlar komandasının rəhbəri: Bakıda Milli Gimnastika Arenası - məşqlər üçün əla məkandır

Batut gimnastikası üzrə ABŞ gimnastlarından ibarət komanda Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında təlim-məşq toplanışları keçirirlər

Bakı. Rəşid Şirinov, Cani Babayeva - Batut gimnastikası üzrə ABŞ gimnastlarından ibarət komanda Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında təlim-məşq toplanışları keçirirlər. Amerikalı gimnastlar komandasının rəhbəri Ceki Qodfri Trend-ə bildirib ki, təlim-məşq toplanışlarını Bakıda keçirmək qərarı burada möhtəşəm gimnastika arenasının olması ilə əlaqədardır: "Sizin Milli Gimnastika Arenanız gözəldir, burada uğurlu məşqlərin keçirilməsi üçün bütün şəraitlər yaradılıb. Biz məhz burada olduğumuza görə xoşbəxtik. Bakıda gimnastika arenası - məşqlər üçün əla məkandır".