Balqabaq istehsalı üzrə Avropada lider


Dünya 02 Noy 2018 22:52:00 399 0

Balqabaq istehsalı üzrə Avropada lider

İspaniya Avropa İttifaqının hər hansı ölkəsindən daha çox balqabaq istehsal edir. Ötən il İspaniya bostanlarından 115 min ton məhsul götürülüb. İspaniyanın ən yaxın rəqibləri Fransa və Almaniya ildə müvafiq olaraq 96 və 92 min ton balqabaq istehsal edirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Avropa İttifaqının Statistika Komitəsinin məlumatına görə, Aİ-də balqabaq və balqabaqkimilər fəsiləsindən olan bitkilərin becərildiyi bostanların ümumi sahəsi təqribən 24 min hektardır.