"Oğlanlarımın üçü də..." İzzət ailəsindən danışdı FOTO


Şou-biznes 02 Noy 2018 22:55:00 318 0

"Oğlanlarımın üçü də..."  İzzət ailəsindən danışdı  FOTO

İzzət Bağırov: Əgər insanın daxilində bir sənətə həvəs varsa, mütləq o işin arxasınca gedir 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Valideyn olmaq hər nə qədər şərəfli olsa da, bir o qədər də məsuliyyətlidir. İnsan valideyn olduqdan sonra həyata baxışı dəyişir. İndiyə qədər özü üçün yaşayırdısa, övlad sahibi olduqdan sonra onlar üçün yaşayır. Elə bizim müsahibimiz kimi.

Bu günkü "Mənim balam" rubrikamızın qonağı sevilən sənətçi İzzət Bağırovdur. İfaçı uzun müddətdir ki, səhnədədir, mahnıları sevilir, dinlənilir, yeni filmi ilə tamaşaçıların diqqətini çəkməyi bacarıb. Bu dəfə isə biz onu sənətçi kimi deyil, bir valideyn kimi danışdırdıq. İzzət Bağırov üç oğul atasıdır. Böyük oğlu Əli, əkizləri Rza və Mehdi atalarının dəyərli varlıqlarıdır. Qonağımız deyir ki, uşağın yetişməsində valideynin nəzarəti, diqqəti mütləqdir.    - Övladlarınızı tərbiyə edərkən hansı üsuldan faydalanırsınız? Dədədə-baba üsulu ilə, yoxsa sizin öz tərbiyə metodlarınız var?   - Hər bir valideynin öz tərbiyə metodu var. Övladlarıma qarşı xüsusi, özəl tərbiyə metodlarım yoxdur. Çalışıram ki, onlarla dostluq edim. Əgər mən övladlarımla bir ata kimi rəftar etsəm, onlarla dost kimi davranmasam, bu, uşaqların mənimlə rəftarında bir az çətinlik yaradacaq. Belə olan halda valideyndən qorxmağa, çəkinməyə başlayacaqlar. Adətən insan dostu ilə sirlərini bölüşəndə rahat olur. Bunun üçün gərək onlarla dost olasan. Övladının bütün problemlərini məhz valideynə danışması və qarşılaşdığı durumları söyləməsi üçün bu çox vacibdir.    - Bəs onları cəzalandıranda nə edirsiniz? Sizcə, uşağı döymək tərbiyə üsuludurmu?   - Əlbəttə ki, uşağı döymək tərbiyə üsulu deyil. Onda uşaqla valideyn arasında bir sərhəd yaranacaq və o üzləşdiyi çətinlikləri, problemləri ilə bağlı valideyni ilə məsləhətləşməyəcək.  Valideynindən qorxacaq, çəkinəcək. Gələcəkdə hər hansı bir problemi olanda, onu valideynləri ilə bölüşməyəcək. Ən yaxşı üsul uşağın qəlbini ələ alıb, özünüzün ona yaxın olduğunuzu hiss etdirməkdir. Belə olanda uşaq da sərbəst davranır, valideyn də.

Uşaqları davamlı olaraq rejimdə saxlamaq olmaz. Uşaq oynamalı, öz uşaqlığını yaşamalıdır, yeri gələndə dağıtmalıdır da. Təbii ki, vəhşicəsinə yox. Əlbəttə ki, uşaqlar oynayarkən nəyisə sındıra və dağıda bilərlər. Onda onlara sərt cəza tətbiq etmək düzgün deyil. Ancaq belə olanda həqiqətən də valideynlər uşaqları sərt cəzalandırırlar. Kim deyirsə mən övladıma acıqlanmıram, döymürəm və yaxud da cəzalandırmıram, yalan deyir. Efir xatirinə "uşağımı ərköyün böyüdürəm" deyənlər də var. Bu gün uşaqların hamısının əllərində telefonlar, planşetlər var və onlar vasitəsilə müxtəlif oyunlar oynayırlar. Danılmaz faktdır ki, bu texnologiyalardan uşaqları mərhum etmək olmur.  Övladlarımın öz rejimi var - dərs, əyləncə və yatmaq saatları.   - Övladlarınız planşetlərdən istifadə edirmi və siz bu texnologiyalardan onları necə qoruyursunuz?

- Onlar da bu tendensiyadan geri qalmırlar. Planşetdə müxtəlif oyunlar oynayırlar. Ancaq saatla və nəzarətimizdə olan oyunları oynamaq icazələri var. Bilirəm ki, onlar hansı oyunları oynayırlar. Bu oyunları onlar üçün özüm yükləyirəm.    - Baxdıqları cizgi filmləri və uzaqlar üçün hazırlanmış verilişlərə necə, nəzarət edə bilirsinizmi?   - Hansı cizgi filmlərinə baxdıqlarına nəzarət edirəm. Hərdən efirdə nümayiş olunan cizgi filmlərində kimisə doğrayırlar və yaxud basdırırlar. Son zamanlar isə erotik cizgi filmlərinin sayı çoxalıb. Cizgi filmində qəhrəmanlar bir-biri ilə sevişib, öpüşürlər. Bunu çəkən animator nəyi nəzərə alıb, hansı düşüncə ilə belə bir film çəkir? Bunu çəkən rejissor nə düşünür, kimin üçün çəkir?  Bilmirlərmi ki, hazırladıqları məhsulu qəbul edən, izləyən tamaşaçı azyaşlıdır və bu onun psixologiyasına təsir edə bilər?


Xəbərə aid fotolar