Yol qəzası zamanı 2 nəfər xəsarət alıb


Digərləri 02 Noy 2018 22:41:00 235 0

Yol qəzası zamanı 2 nəfər xəsarət alıb

Saatlıda baş verən yol-nəqliyyat hadisəsində 2 nəfər xəsarət alıb

Son.az "report"-a istinadən bildirir ki, 21.00 radələrində rayonun Kamallı kəndində "VAZ-2107" markalı avtomobil traktorla toqquşub.

Hadisə nəticəsində avtomobildə olan İmişli sakinləri - 1972-ci il təvəllüdlü Elşad Hüseynov və 1977-ci il təvəllüdlü Elnarə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Saatlı rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.