Frotterist avtobus, metro və sıxlıq yerlərdə qızlara intim hərəkətlər edən Uşaqları və yeniyetmələri necə qorumalı?


Digərləri 02 Noy 2018 22:46:00 289 0

Frotterist  avtobus, metro və sıxlıq yerlərdə qızlara intim hərəkətlər edən  Uşaqları və yeniyetmələri necə qorumalı?

Frotterizm və ya frottaj fransız sözündən götürülüb, sürtmək, sürtünmə deməkdir. 

Son.az medicina.az-a istinadən xəbər verir ki, bu seksual pozğunluq hərəkəti olub, cinsi istək oyanması və bunu təmin etmək üçün yad bir insanın öz bədənini digər yad obyektin bədəninə sürtməsidir. 

Bütün dünyada yayılmış bu hərəkətlər daha çox qız uşaqlarına, yeniyetmə və gənclərə qarşı edilir. 

Frotteristlər xəstədir və necə təyin etməli?

Beynəlxalq xəstəliklər klassifikasiyasına görə, frotterizm seksual tələbatın pozulması formasıdır. Nekrofiliya, zoofiliya, autoerotik hərəkətlər və anatomik defektləri olan insanlara seksual maraq kimi pozuntularla bir sırada gedir. 

Frotteristlər metro, avtobus, sıxlıq olan yerlərdə seksual obyektinə yanaşaraq, hiss etdirmədən onun bədəninə toxunur, yəni cinsi orqanı həmin insana sürtür. Yəqin ki, çox qadınlar bu halla rastlaşıb, bəziləri hətta obyekt də olublar. 

Bu adamlar infantil - yetişməmiş hesab olunur, spesifik cinsi həzz metodu seçir. Bu seçkinlik yeniyetmə dövründə formalaşır, hətta kökü uşaqlıqdan qoyulur. Refleks olaraq mexanizm beyində möhkəmlənir və tez həzz almaq üçün istifadə olunur. 

İnfantil olmaq o demək deyil ki, bu adamlar psixi xəstə kimi görünürlər. Frotteristlər həyatda kifayət qədər ciddi işlərdə çalışan və uğurları olan, normal görünüşlü adamlar da olur. Onlarda sadəcə cinsi münasibətlərdə fiasko yaşanır. 

Müalicə olunmadıqda obssessiv-kompulsiv mərhələyə qədəm qoyub, ağırlaşır, dərinləşir. Əvvəllər bu əməllə mübarizə, utanmaqlıq hissi olursa, zamanla artıq impuls düşüncədən irəli keçir və o utanmadan qatarda özünü imgələdiyi obyektə sıxır.

Frotteristlər evlənmir və uşaqları olmur? Əksinə, adi insanlar kimi ailəsi də ola bilir, övladları da. Amma çox zaman arvadı ilə, qadınla intim əlaqədə mütləq basırıq yerdə tətbiq etdiyi o fəndi də işlədir və ya beynində həmin anı canlandırır. Yalnız bu halda onlar intim əlaqədən həzz alıb, özlərini təmin etmiş sayılır.  Daha ağır mərhələlərdə frotterist üçün adi, klassik intim əlaqə ağırlaşır, qəbul etmir, istəmir, heç bir zövq vermir. 

Onlar təhlükəlidirmi?

Frotteristlər ətraf mühitə qarşı açıq aqressivlik göstərmir, heç vaxt kimisə vurmur, zədələmir, yəni sakit, başıağaşı, dinməz məxluqlardır. Sanki yekə kişi cildində yeniyetmədir. Cəsarətsiz, qorxaq olurlar. Obyekt kimi çox vaxt yetkinlik yaşına çatmış daha çox utancaq, sakit, bir az zərif qızları seçirlər. Əgər qadın, qız ona ciddi müqavimət göstərib, itələsə, vursa, dönüb baxsa, onlar utanıb, kənara çəkilir, nəinki özünü müdafiə üçün yumruq atmaq.

Kütlə içində necə ayırd etməli?