Hindistan milli valyutası ilə İrandan neft almaqda davam edəcək


Dünya 02 Noy 2018 22:48:00 265 0

Hindistan milli valyutası ilə İrandan neft almaqda davam edəcək

Hindistan özünün milli valyutası - rupi ilə İrandan neft almaqda davam edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Hindistanın neft naziri Dharmendra Pradxan deyib. O bildirib ki, sanksiyalara baxmayaraq Hindistan İran ilə neft ticarətindən imtina etməyəcək.

Nazirin sözlərinə görə, yaxın zamanda Hindistan ilə İran arasında anlaşma imzalanacaq. Bu anlaşmaya əsasən, İrandan alınan neftə görə Hindistanın milli valyutası ilə ödəniş ediləcək. Hazırda Hindistanın Mərkəzi Bankı ilə İranın Pasargard Bankı arasında danışıqlar aparılır. Danışıqların nəticəsində anlaşma imzalanacaq və tərəflər milli valyuta ilə ticarət əlaqələrini davam etdirə biləcəklər.