Yaşıl çayın gözlənilməz təhlükəsi aşkarlandı


Digərləri 02 Noy 2018 22:10:00 277 0

Yaşıl çayın gözlənilməz təhlükəsi aşkarlandı

Yaşıl çay çox faydalı içki sayılır. Lakin bəzi hallarda yaşıl çay və xüsusilə də yaşıl çayın ekstraktı orqanizmə ciddi ziyan vura bilər.

US National Institutes of Health-də çalışan həkim Herbert Bonkovski sübut edir ki, yaşıl çayda olan bəzi birləşmələr qaraciyər və böyrəklərə dağıdıcı təsir edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, alimin sözlərinə görə, yaşıl çayı ziyanlı məhsul hesab etmək olmaz, onun tərkibində olan bəzi maddələrin faydası bir sıra elmi araşdırmada təsdiq olunub. Lakin uzun illər ərzində qaraciyər problemləri ilə məşğul olan Bonkovksi xəbərdarlıq edir ki, yaşıl çayın tərkibində olan epiqallokatexin-3-qallat maddəsi bəzi insanlarda böyrəklər və qaraciyərin ciddi disfunksiyasına səbəb ola bilər.

Ekspertin sözlərinə görə, hal hazırda elmi ədəbiyyatda 80 belə hadısə qeyd olunub. Belə ki, "profilaktika" məqsədi ilə yaşıl çayın ekstraktını qəbul edən ABŞ sakininin qaraciyərində o dərəcədə ciddi pozulmalar yaranıb ki, ona təcili qaraciyər köçürülüb.