BAKIDA ŞOK FIRILDAQ: Müalicə adı ilə 40 min manat aldılar


Kriminal 02 Noy 2018 22:01:00 265 0

BAKIDA ŞOK FIRILDAQ: Müalicə adı ilə 40 min manat aldılar

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

Son.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Əsgərov Pərviz Yaşar oğlu 35-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, tanışı onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu mənimsəyib. Onun sözlərinə görə, Elmar adlı şəxs müalicə olunmaq adı ilə Pərviz Əsgərovdan ümumilikdə 40 min manat alıb. Lakin həmin şəxs verdiyi vədə əməl etməyərək pulu geri qaytarmayıb.