Polşa vətəndaşını 4 il qul kimi saxlayan britaniyalı cütlük həbs olunub


Digərləri 02 Noy 2018 22:07:00 296 0

Polşa vətəndaşını 4 il qul kimi saxlayan britaniyalı cütlük həbs olunub

Böyük Britaniyadan olan cütlük polşalı kişini 4 il qul vəziyyətində saxlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 56 yaşlı universitet müəlliməsi Pritpal Binning və onun 54 yaşlı həyat yoldaşı Palvinder Binning 4 il ərzində insanı qul şəraitində saxlamaqda şübhəli bilinərək həbs olunublar. Bununla yanaşı Binning ailəsinin imkanlı olduğu və evlərinin qiymətinin 1,2 milyon funt-sterlinq həcmində qiymətləndirildiyi qeyd edilir.

Zərərçəkən şəxs tibb müəssisəsinə gələrək yemək müqabilində işləməyə məcbur olduğunu bildirdikdən sonra polis həmin evdə axtarış aparıb.