"Bunun axırı hara gedir?" 32 OKTYABR VİDEO FOTO


Digərləri 02 Noy 2018 21:56:00 279 0

"Bunun axırı hara gedir?"  32 OKTYABR  VİDEO  FOTO

Bəzi qida istehsalçılarının vaxtı keçmiş məhsullarının üzərinə yenidən tarix vurması, istehsal tarixini bilərəkdən qabağa çəkməsi və sair bu kimi faktlar dəfələrlə aşkarlanıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, başları o qədər pul qazanmağa qarışan belə dırnaqarası istehsalçılar bu dəfə aya yeni gün əlavə ediblər - 32-ci gün.

Paytaxtda istehsal olunan un məhsulunun istifadə müddəti ilə bağlı ortaya çıxan məqam böyük təəcübə səbəb olub. Gülüş doğuran məqam sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub, belə ki, bəzi sahibkarlar oktyabra bir gün də əlavə ediblər. Kəşflərini isə şirniyyatın qablaşdırdıqları vasitənin üzərində elan ediblər.

Un məmulatının üzərində istehsal tarixi kimi 32 oktyabr 2018-ci il yazılıb.

Eyyub Hüseynov - Ekspert: "Bizə gələn nümunələr içərisində fevralın 30-da istehsal olunan məhsullar da var. Tutaq ki, ayın ikisidi, istehsal tarixini dördünə yazırlar. İstehlakçıları aldadırlar". 

Sakin: "Pendir almışam, evə gələndə baxıb görmüşəm ki, xarabdır".


Xəbərə aid fotolar