Park əməkdaşı əcnəbilərdən utandığına görə... FOTO


Digərləri 02 Noy 2018 21:38:00 310 0

Park əməkdaşı əcnəbilərdən utandığına görə...  FOTO

Yaponiya paytaxtının ən görməli yerlərindən biri olan Şincuku parkının əməkdaşı utandığına görə təqribən 125 min turisti parka ödənişsiz buraxıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya Ətraf Mühit Nazirliyinin tabeliyində olan park yerli və əcnəbi turistlər arasında populyarlığı ilə seçilir. Xarici dil bilmədiyinə görə utanaraq əcnəbi turistlərdən bilet pulu almayan kişi əməkdaşın təqribən iki il yarım ərzində onlara ödənişsiz bilet verdiyi bildirilir. Buraxılış biletinin 200 yen (təqribən 1,8 dollar) olduğu park bunun nəticəsində 25 milyon yen itirib.

Əcnəbilərdən bilet pulu almayan əməkdaş buna baxmayaraq, onlara QR koda malik biletlər verib. QR kod ziyarətçilərə parka girmək üçün qeydiyyatdan keçmək imkanı yaradır.


Xəbərə aid fotolar