Alimlər: qlobal istiləşmə okeanlarda ciddi problemlər yaradıb


Digərləri 02 Noy 2018 21:14:00 330 0

Alimlər: qlobal istiləşmə okeanlarda ciddi problemlər yaradıb

Qlobal istiləşmə ilə bağlı alimlərin apardığı yeni tədqiqat göstərib ki, son 25 ildə okeanlarda suyun hərarətinin artması daha intensiv hal alıb. Dənizlərin tərkindən çıxarılan xam neftin həcmi isə ümumi karbohidrogen ehtiyatlarının 60 faizinə çatıb. Bu amillər planetimizdə yeni fəlakətlərə yol açacaq qlobal istiləşmə prosesini sürətləndirir, həmçinin böyük su hövzələrində biomüxtəlifliyə ciddi təhlükə törədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Hökumətlərarası İqlim Dəyişiklikləri Panelində (IPCC) təqdim olunan hesabata görə, dünya okeanları istixana qazlarının təsirinə normadan 90 faiz artıq məruz qalıb. Nəticədə, Yer kürəsinin atmosferi karbon dioksid qazına qarşı daha həssas hala gəlib.

Tədqiqat müəlliflərinin qənaətinə görə, vəziyyətdən çıxış yolu hökumətlərin imzaladığı Paris sazişinin şərtlərinə əməl edilməsidir. Qeyd olunur ki, IPCC-nin başlıca hədəfi - havanın temperaturunun sənayeləşmə dövründən əvvəlki səviyyəyədək 1,5 dərəcə selsi düşürülməsi üçün təxirəsalınmaz tədbirlər görülməlidir.