İspaniyada apteklərdə homeopatik vasitələrin satışı məhdudlaşdırılıb


Dünya 02 Noy 2018 21:20:00 278 0

İspaniyada apteklərdə homeopatik vasitələrin satışı məhdudlaşdırılıb

İspaniyanın dərman və tibb məmulatlar agentliyi (Aemps) yeni reqlamentə uyğun olaraq, ölkənin apteklərində satışına icazə verilmiş 2008 homeopatik preparatdan ibarət siyahı dərc edib. Adları çəkilməyən digər homeopatik məhsullar satışdan çıxarılmalıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislərin hesablamalarına görə, hazırda İspaniya apteklərində 14-19 minədək homeopatik vasitələr satılmaqdadır.