Payızda dəbdə olan effektli və rahat geyim


Digərləri 02 Noy 2018 21:04:00 545 0

Payızda dəbdə olan effektli və rahat geyim

Stereotiplərə rəğmən enli şalvar nəinki bütün nöqsanları uğurla gizlədə bilər, bədəni vizual olaraq qamətli göstərə bilər.

Son.az Publika-ya istinadən bildirir ki, yayda dəbə minən bol kəsimli enli şalvarlar payızda da etibarlı yerdə qərarlaşıb. Qoy yağışlı hava şəraiti sizi qorxutmasın, çünki belə fason adi şalvarlar kimi eyni dərəcədə çirklənir. Amma daha güclü təsir bağışlayırlar. Küçə stili xronikalarının qəhrəmanları dar cinslər əvəzinə geniş şalvarları, enli dama-dama variantları sviter və ya qısaqol köynəklə birləşdirərək öz timsalında nümayiş etdirir. Belə şalvarlar iş üçün ideal seçimdir.

Enli şalvar dama-dama pencək və sadə ağ futbolkalarla əla görünür. Zəncirli yığcam çantanı boynunuzdan asmağı unutmayın.

Əgər enli cinslər xoşlayırsınızsa, qısaldılmış variantları seçin və onu botlarla uzlaşdırın. Donmamaq üçün sırıqlı kurtka və ya rəngli kürk geyinin.


Xəbərə aid fotolar