“Facebook”u yenə sındırdılar


Digərləri 02 Noy 2018 19:36:00 234 0

“Facebook”u yenə sındırdılar

"Facebook" şəbəkəsi hakerlər tərəfindən yenidən sındırılıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hakerlər "Fbserver" saytına 120 milyon profili satışa çıxarıblar. Bir profilin satış qiyməti 10 sentdir.

Qərb mətbuatının xəbərinə əsasən, 257 min istifadəçinin profilinə azad giriş əldə edilib. Eyni zamanda 80 mindən çox istifadəçinin şəxsi mesaj qutusu ələ keçirilib. Hakerlər tərəfindən ələ keçirilən profillərdə bioqrafiya, mobil telefon məlumatı və dost siyahısı var. Bir müddət əvvəl isə 30 milyon "Facebook" istifadəçisinin haker hücumuna məruz qaldığı bildirilmişdi.