Şahmat tacı uğrunda görüşün mükafat fondunu artırılır


İdman 02 Noy 2018 19:38:00 298 0

Şahmat tacı uğrunda görüşün mükafat fondunu artırılır

FIDE dünya şahmat tacı uğrunda görüşün mükafat fondunu artıracaq.

Goal.az xəbər verir ki, bu barədə qurumun prezidenti Arkadi Dvorkoviç TASS-a açıqlamasında bildirib.

O, mükafat fondunun məbləğini artımağın FIDE-nin vəzifələrindən biri olduğunu vurğulayıb: "Bu, qadınların dünya çempionatına və kişilərin şahmat tacı uğrunda oyununa aiddir. Turnirlərin nüfuzunu artırmaq lazımdır. Hazırda qadınların çempionatında adi bir məbləğ var".

Qeyd edək ki, dünya şahmat tacı uğrunda görüşün mükafat fondu 1 milyon avro, qadınların yarışında isə 250 min avrodur. Şahmat tacı uğrunda görüşdə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen İddiaçılar Turnirinin qalibi, ABŞ təmsilçisi Fabiano Karuana ilə üz-üzə gələcək. Qarşılaşma 9 - 28 noyabrda İngiltərənin paytaxtı Londonda keçiriləcək.