Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər


Dünya 02 Noy 2018 19:04:00 255 0

Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər

Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv ediblər.

Son.az report-a istinadən xəbər verir ki, noyabrın 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. 

Prezidentlərin telefon söhbətində qarşılıqlı şəkildə sanksiyaların aradan qaldırılmasına dair razılıq əldə edilib.

Qeyd edək ki, ABŞ vətəndaşı, keşiş Endryu Bransona qarşı cinayət işi ilə əlaqədar Ağ ev Türkiyənin ədliyyə naziri Əbdülhəmit Gül və daxili işlər naziri Süleyman Soyluya sanksiya tətbiq etmişdi.