"Təkcə bu il dünyada azı 88 jurnalist öldürülüb"


Dünya 02 Noy 2018 19:08:00 322 0

"Təkcə bu il dünyada azı 88 jurnalist öldürülüb"

Son on ildən bir qədər artıq müddətdə 1000 nəfərdən artıq jurnalist öz peşə borcunu yerinə yetirərkən həlak olub.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Antoniu Quterrişin Jurnalistlərə Qarşı Törədilən Cinayətlərə görə Cəzasızlığa Qarşı Beynəlxalq gün münasibətilə etdiyi müraciətdə deyilir.

Müraciətdə qeyd olunur ki, hər 10 cinayətdən 9-u açılmamış qalıb, cinayətkarlar isə məsuliyyətə cəlb edilməyib.