Milli qəhrəman övladlarının, əlillərin təhsil haqqı ödəniləcək


Digərləri 02 Noy 2018 18:44:00 267 0

Milli qəhrəman övladlarının, əlillərin təhsil haqqı ödəniləcək

Gənclər Fondu bu gündən etibarən təhsil xərclərinin maliyyələşdirilməsi üzrə ərizə qəbuluna başlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi həyata keçiriləcək.

Maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcək.

Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.

Müraciət etmək istəyənlər Fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.

Fond tərəfindən, aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcəkdir:

Milli qəhrəman övladları;

I, II və III qrup əlil olan gənclər;