Barcelona-dan Milan-a


İdman 02 Noy 2018 18:43:00 277 0

Barcelona-dan Milan-a

Barcelona-nın yarımmüdafiəçisi Denis Suaresin klubdan ayrılacağı deyilir.

Goal.az Football Espana nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu Milan-ın formasını geyinə bilər. İtaliya klubu transferi yanvarda həyata keçirməyi planlaşdırır. Ötən yay mətbuat Suaresin Fenerbahçe ilə danışıqlar apardığını xəbər vermişdi. Amma transfer baş tutmadı.

Yarımmüdafiəçi bu mövsüm İspaniya çempionatında heç bir oyuna çıxmayıb.Yalnız ölkə kubokunun 1/16 final mərhələsində Kultural Leones-lə matçda forma geyinib.