“Bohem rapsodiyası” filminin Dolby Atmos formatında nümayişi keçirildi


Kriminal 02 Noy 2018 18:12:00 300 0

“Bohem rapsodiyası” filminin Dolby Atmos formatında nümayişi keçirildi

"CinemaPlus"da çoxdan gözlənilən "Bohem rapsodiyası" filminin Dolby Atmos formatında premyeradan öncə nümayişi keçirilib.

Son.az xəbər verir ki, "Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında Dolby Atmos formatında əfsanəvi ifaçı Fredi Merkuriyə həsr olunmuş bioqrafik dram filmi "Bohem rapsodiyası"nın premyeradan öncə nümayişi baş tutub.  

Nümayişin əsas özəlliyi elektron gitara ilə fotosessiya və qeyri-adi şou proqram olmuşdur. Azərbaycan Dövlət Rus Dram teatrının Əməkdar artisti Maqsud Məmmədovun Freddi Merkyuri obrazı tədbir qonaqlarında xoş nostalji emosiyalar yaratmışdır. Daha sonra isə Emin Useynovun rəhbərliyi altında "NERO" şou baletinin gözlənilməz fleşmobu keçirilmişdir. Şou proqram "Queen" qrupunun əfsanəvi və məşhur müsiqilərinin Elvin Novruzov (L`veen), Vlada Axundova, Tofiq Hacıyev, Ruslan Əlişan kimi gənc istedadlı müğənnilər tərəfindən canlı ifası sona ilə çatmışdır.   

Şou-biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və iri qurumların rəhbərləri gecədə kinoteatrın qonaqları olmuşdurlar. 

"Bohem rapsodiyası"  - əfsanəvi müğənni Freddi Merkyuri obrazını canlandıran "Mister Robot" serialının ulduzu Rami Malekin iştirakı ilə Queen rok-qrupunun tarixi haqqında bəhs edən ABŞ və Böyük Britaniya istehsalı olan bioqrafik dram filmidir. Filmin quruluşu ilə öncədən Brayan Sinqer ("İks Adamlar" franşizəsi) məşğul idi, lakin çəkilişlər zamanı o, sağlamlığında yaranmış problemlərə görə layihəni tərk etmişdir və  onun yerinə Dekster Fletçer  ("Eddi "Qartal"", Vəhşi Bill") gəlmişdir.    

Baş rollarda: Rami Malek, Lyusi Boynton, Cozef Matssello, Mayk Mayers, Ben Hardi, Eydan Qillen, Qvilim Li, Tom Hollander, Allen Liç və Cess Radomska.