Avtobus qəzasında ağır yaralanan Novruzu səhv əməliyyat ediblər


Digərləri 02 Noy 2018 17:52:00 215 0

Avtobus qəzasında ağır yaralanan Novruzu səhv əməliyyat ediblər

Oktyabrın 1-də Bakıda 160 nömrəli sərnişin avtobusunun qatarla toqquşması nəticəsində yaralanan Novruz Salmanovun vəziyyəti ağır olaraq qalır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, xəstənin anası Sevil Salmanova bildirib ki, oğlunun ayağını 3 saylı Sabunçu xəstəxanasında səhv əməliyyat ediblər.

Belə ki, oğlu rentgen olunub və müəyyən edilib ki, əməliyyat düzgün aparılmayıb.

Daha sonra xəstə təcili olaraq Mərkəzi Klinikaya köçürülüb. Bir aydır ki, reanimasiyada yatan Novruz Salmanov yenidən əməliyyat olunmalıdır.

Xərcləri öz üzərinə götürən 160 saylı avtobus marşrutunun sahibi, "Ayşən LTD" MMC-nin rəhbəri İradə Əliyeva bu əməliyyatın pulunu ödəməkdən imtina edib.