Təhlükəli xətt fəallaşdı:


Dünya 02 Noy 2018 17:38:00 387 0

Təhlükəli xətt fəallaşdı:

ABŞ-ın Kaliforniya ştatının sahilindəki San-Andreas sınma xəttindəki palçıq vulkanları aktivləşiblər.

Onların arasında ən böyüyü olan geyzer sürətlə hərəkət edir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 1953-cü ildən bəri aktiv olan bu böyük geyzer "Union Pacific Railroad" dəmiryolunda çökmə yaradıb. Üstəlik, 111-ci şossenin də bir hissəsi çöküb.

Yerli hakimiyyət dairələri fövqəladə iş rejiminə keçərək geyzerin yaratdığı fəsadları aradan qaldırmağa çalışırlar.

San-Andres qırılma xətti (San Andreas Fault) Sakit Okean və Şimali Amerika tektonik lövhələri arasında sınma zolağı olaraq Kaliforniya ştatının sahilləri boyunca 1300 km uzanır.

Sınma xətti Farallon tektonik lövhəsi məhv olandan sonra yaranıb.


Xəbərə aid fotolar