Ailəli qadını şantaj edib pulunu alan şəxsin SONU


Digərləri 02 Noy 2018 16:51:00 250 0

Ailəli qadını şantaj edib pulunu alan şəxsin SONU

Bakı Ağır Cinayətlər Məhkəməsində qadını şantaj edərək 57 min dollarını ələ keçirməkdə təqsirləndirilən Ramil Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxsə cəza istəyib.

Dövlət ittihamçısı R.Muradovun 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi gələn həftə davam etdiriləcək.