DGK və DSX rəhbərləri “Samur” gömrük-sərhəd bu­raxılış məntəqəsində olublar (FOTO)


Digərləri 02 Noy 2018 16:52:00 733 0

DGK və DSX rəhbərləri “Samur” gömrük-sərhəd bu­raxılış məntəqəsində olublar (FOTO)

Əlaqədar qurumların rəhbərləri “Samur” gömrük-sərhəd buraxılış məntəqəsində mövcud vəziyyətlə tanış olublar

Bakı. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Sərhəd Xidmətinin rəisi, ge­neral-polkovnik Elçin Quliyev və Dövlət Miqrasiya Xidmə­tinin rəisi Vüsal Hüseynov “Samur” gömrük-sərhəd bu­raxılış məntəqəsində mövcud vəziyyət və xidməti fəaliyyətin təşkili ilə tanış olublar. DGK-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliye­vin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sa­dələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə gö­rülmüş tədbirlərin səmərəliyinin qiymət­lən­dirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilib, ölkəyə gələn və ölkə­dən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd və gömrük nəzarətinin effek­tivliyinin daha da artırıl­ma­sı və yoxlama müddətlərinin maksimal azal­dıl­ması məsələləri nə­zər­dən keçirilib. Bu məqsədlə sərhəd nəzarəti və gömrük orqanlarının vəzifəli şəxs­­lərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə Prezident İlham Əliyevin ölkəmizin turizm im­kan­larının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaş­dırıl­ma­sı, sa­hib­karlığın inkişaf etdirilməsi və dövlət qurumları tərəfindən Azər­­baycan vətən­daşlarının mənafelərinin qorunması ilə bağlı tapşı­rıq və göstərişlərinin icra vəziyyətilə bağlı geniş fikir mübadiləsi apa­rılıb. Bununla yanaşı, gömrük-sərhəd bu­raxılış məntəqəsində yeni xidmətlərin tətbiqinə dair iki layihəyə baxılıb. CIP və Fast Track (sürətli ödənişli keçid) xidmətlərilə bağlı olan bu layihələrin hazırlanmasına start verilib. Bu layihələrə əsasən, biznes təmsilçiləri və işgüzar şəxslərə gömrük-sərhəd bu­raxılış məntəqəsində növbədənkənar xidmətlərin göstərilməsi nəzərdə tutulur.