Səhiyyə Nazirliyi şəkərli diabet xəstələrinin dərman təminində yaranmış problemə aydınlıq gətirib


Digərləri 02 Noy 2018 16:40:00 279 0

Səhiyyə Nazirliyi şəkərli diabet xəstələrinin dərman təminində yaranmış problemə aydınlıq gətirib

Səhiyyə Nazirliyi (SN) bəzi şəkərli diabet xəstələrinin insulin dərman preparatı ilə təminatında yaranmış problemə aydınlıq gətirib.

Səhiyyə Nazirliyi şəkərli diabet xəstələrinin dərman təminində yaranmış problemə aydınlıq gətirib (ÖZƏL) bildirir ki, Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdirinin müavini Nabil Seyidov Trend-ə özəl açıqlamasında bildirib ki, son aylar ərzində SN tərəfindən aparılmış xüsusi tədbirlər nəticəsində insulin dərman preparatı ilə təminatda olan problemlər aradan qaldırılıb.

N.Seyidov qeyd edib ki, SN tərəfindən kifayət qədər insulin dərman preparatı əldə edilib.

Onun sözlərinə görə, dərmanlar xəstələrə tələb olunan dozalarda verilir və bundan sonra da eyni qaydada verilə bilər:

"Dərman çatışmazlığının olması barədə xəstələrə verilən məlumat düzgün deyil. Əgər kimsə süni olaraq, dərman çatışmazlığı problemi yaradırsa, bu, yolverilməzdir. Dərmanlar xaricdən alındığı üçün tenderlərin keçirilməsi, onları gətirilməsi müəyyən qədər vaxt tələb edilir. Buna görə də ilin əvvəlində dərman təminatı ilə bağlı müəyyən çətinliklər olur. Amma ilin ortalarında və sonunda belə problemlər olmur. Hazırda da insulinlərlə təminat baxımından problem yoxdur".