Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası memorandum imzalayıb (FOTO)


Digərləri 02 Noy 2018 16:35:00 317 0

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası memorandum imzalayıb (FOTO)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Bakı. Bakıda keçirilən “Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafı”na dair beynəlxalq Biznes Forum çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev imzalayıblar.