ATƏT: Bakı və Yerevan yüksək səviyyədə dialoqu davam etdirmək arzusundadır


Digərləri 02 Noy 2018 16:24:16 297 0

ATƏT: Bakı və Yerevan yüksək səviyyədə dialoqu davam etdirmək arzusundadır

Bakı və Yerevan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yüksək səviyyədə dialoqu davam etdirmək arzusundadır

Bakı. Ləman Zeynalova - Bakı və Yerevan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yüksək səviyyədə dialoqu davam etdirmək arzusundadır. Trend-in məlumatına görə, bunu ATƏT Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib. İ.Popov deyib: “Ümid edirik ki, gələn ay iki ölkənin XİN rəhbərlərinin görüşü baş tutacaq və bu görüşdə nizamlanmanın əsas məsələləri və etimadın möhkəmləndirilməsi tədbirləri müzakirə olunacaq. Prinsipial planda biz başa düşdük ki, yüksək səviyyədə dialoqu davam etdirmək arzusu var”.