ETSN: "Xəzərin Azərbaycana aid sularında sivil balıq fermaları yaradılacaq"


Digərləri 02 Noy 2018 16:10:00 321 0

ETSN: "Xəzərin Azərbaycana aid sularında sivil balıq fermaları yaradılacaq"

Əhalinin balığa olan tələbatının təmin edilməsi proqramı çərçivəsində Xəzər dənizinin Azərbaycana aid sularında marikulturanın inkişaf etdirilməsi məqsədilə qəfəs tipli balıq təsərrüfatlarının yaradılmasına geniş imkanlar var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

M.Axundovun sözlərinə görə, Xəzər dənizində bioloji resursların tükənmə təhlükəsini və brakonyerliyi nəzərə alaraq, ölkəmizdə və Xəzəryanı regionda akvakulturanı inkişaf etdirmək və əhalini yeni fəaliyyət növü olan marikulturaya cəlb etmək lazımdır. Bu, qanunsuz balıq ovunun azalmasına və Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər:

"Hələlik ölkəmizdə balıq məhsullarının yetişdirilməsi və bazara çıxarılması kortəbii xarakter daşıyır. Amma çıxış yolları mövcuddur və bu sahədə ETSN tərəfindən tədbirlərə başlanılıb. Yəni nazirlik tərəfindən təbii su hövzələrində daha səmərəli olan sivil fermaların yaradılmasına və akvakulturanın inkişafı hesabına dənizdə və digər su hövzələrində balıq növlərinin artırılmasına çalışılır. Hazırda bu sahənin inkişafı üçün dövlət proqramı hazırlanır. Bu da ölkəmizin balıqçılıq və akvakultura sektorunun inkişafına təkan verilməsi üçün imkan yaradacaq.