Göydələnin damında nişanlandılar FOTO


Digərləri 02 Noy 2018 16:15:00 319 0

Göydələnin damında nişanlandılar  FOTO

İngiltərə yığmasının və "Mançester Yunayted"in sabiq futbolçusu Rio Ferdinand TOWIE realiti-şousunun sabiq ulduzu Keti Raytla ailə qurmağa hazırlaşır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 39 yaşlı Ferdinand 27 yaşlı Rayta evlənmə təklifini Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərindəki göydələnlərdən birinin damında edib.

"O, "hə" dedi! Üç övladımın bunu məndən necə sirr saxladığını heç zaman bilməyəcəyəm", - Ferdinand İnstagram profilində paylaşdığı fotonu bu sözlərlə müşayiət edib.

Rio Ferdinand 2009-cu ildə Rebekka Ellisonla evlənmişdi. Bu izdivacda Lorens, Teyt və Tia doğulublar. R.Ellison 2015-c ilin mayın 2-də döş xərçəngindən vəfat etdi, dörd həftə sonra isə Rio Ferdinand "Kuins Park Reynecers"in oyunçusu qismində futbolçu karyerasını başa vurduğnu söylədi.


Xəbərə aid fotolar