Yevlaxda ev yanıb


Digərləri 02 Noy 2018 16:06:00 307 0

Yevlaxda ev yanıb

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı. Yevlax rayonunda yanğın olub. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Gülövşə kəndində ümumi sahəsi 105 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.