HHQ-nin yeni hərbi hissəsi istifadəyə verilib


Digərləri 02 Noy 2018 16:09:29 264 0

HHQ-nin yeni hərbi hissəsi istifadəyə verilib

Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Bakı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Z.Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin yeni hərbi hissəsinin açılışında iştirak edib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar. Müdafiə Nazirliyinin rəhbərliyi hava hücumundan müdafiə bölmələrinin döyüş texnika və vasitələrinə, eləcə də yeni istifadəyə verilən qərargah, əsgər yataqxanası, yeməkxana, sıra meydanı, tibb məntəqəsi, hamam-qazanxana, digər xidməti və inzibati otaqlara baxış keçirib.