Tovuzda quldurluq:


Digərləri 02 Noy 2018 15:56:00 305 0

Tovuzda quldurluq:

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini olan bir qadının evinə qanunsuz daxil olaraq quldurluq yolu ilə pul və qızıl tələb edən şəxslər saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Son.az-a verilən məlumata görə, Tovuz rayonunun Hacallı kənd sakini olan Zərniyar Səmədova RPŞ-yə müraciət edərək yaşadığı evə qanunsuz daxil olan 2 nəfər maska geyinmiş şəxsin ona zor tətbiq edərək  pul  və qızıl-zinət əşyaları tələb etdiklərini bildirib.

Qadının müqavimət göstərdiyini görən həmin şəxslər qaçaraq oradan uzaqlaşıblar.


Xəbərə aid fotolar