Bakıda “Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafı” mövzusunda biznes forum keçirilib (FOTO)


Digərləri 02 Noy 2018 15:44:00 74 0

Bakıda “Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafı” mövzusunda biznes forum keçirilib (FOTO)

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə başa çatıb.

Bakı. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT), İqtisadiyyat Nazirliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Qara Dəniz regionunda kiçik və orta sahibkarlığın inkişafı”na dair beynəlxalq Biznes Forum keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev QDİƏT-in Biznes Şurasına bu ilin iyul ayından Azərbaycanın sədrlik etdiyini, üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinın təşkilatın əsas məqsədlərindən olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizdə davamlı və dayanıqlı iqtisadi inkişafa, makroiqtisadi sabitliyə, iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun və regionların inkişafına nail olunub. M.Musayev həmçinin, sahibkarlığın inkişafı istiqamətində atılan məqsədyönlü addımlar barədə məlumat verib, iqtisadiyyatın inkişafında kiçik və orta sahibkarlığın önəmini qeyd edib. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər, aparılan islahtalar barədə danışıb, həyata keçirilən tədbirlər nəticəsində özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin artdığını vurğulayıb. Bildirilib ki, sahibkarlığın inkişafına dəstək məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziya və icazələr sistemi təkmilləşdirilib, "Lisenziyalar və icazələr” portalı yaradılıb, ixracın və investisiyaların təşviqi mexanizmi tətbiq edilib, sənaye parkları və məhəllələri yaradılıb, “Made in Azerbaijan” brendinin təşviqi tədbirləri ardıcıl olaraq davam etdirilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ölkəmizin beynəlxalq reytinq agentliklərinin hesabatlarında mövqeyi davamlı olaraq yaxşılaşır. Bu günlərdə açıqlanan Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın öz mövqeyini yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerə yüksəlməsi və ən çox islahat aparan 10 ölkədən biri olması bunun daha bir göstəricisidir. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında QDİƏT-nin Biznes Şurasının üzv ölkələrin biznes dairələri arasında əməkdaşlığı təşviq edən səmərəli platforma olduğunu, bugünkü forumun biznes qurumları arasında tərəfdaşlıq münasibətlərinin genişlənməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Azərbaycanda uğurlu islahatlar həyata keçirilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti barədə məlumat verən O.Məmmədov artıq Agentlik tərəfindən Masallıda “KOB Dostu” mərkəzinin yaradıldığını, hazırda “KOB evləri”nin yaradılması ilə bağlı işlərin aparıldığını vurğulayıb. Diqqətə çatdırılıb ki, sahibkarlara “KOB evi”ndə bir məkan prinsipi əsasında dövlət təşkilatlarının xidmətləri, çoxsaylı dəstək tədbirləri göstəriləcək. Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək “e-KOB Evi” portalının yaradılması ilə bağlı işlər aparılır. Agentlik rəhbəri qurumun sahibkarlar, investorlar, dövlət qurumları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcəyini, bu baxımdan QDİƏT-na üzv ölkələrdə tətbiq olunan yeniliklərin mübadiləsinin faydalı olacağını qeyd edib. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsində belə tədbirlərin önəmini qeyd edib, “Vakıf Bankı”ın İdarə Heyətinin sədri Mehmet Özcan isə kiçik və orta sahibkarlığa dəstək tədbirləri və bu sahədə bankın gördüyü işlərə dair fikirlərini bölüşüb.
Balıq ovlanması kvotası azaldılacaq like
  • 02 Noy 15:43  
Digərləri Balıq ovlanması kvotası azaldılacaq

"Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmə

arrow Ətraflı
Həbsxanada yatan azərbaycanlı məşhurlar like
  • 02 Noy 15:38  
Digərləri Həbsxanada yatan azərbaycanlı məşhurlar

Tanınmış prodüser Təranə Səmədova və stilist İntuşun həbs olunmasın

arrow Ətraflı
Kontenin Real-a keçidinin baş tutmamasına səbəb nə olub? like
  • 02 Noy 15:34  
İdman Kontenin Real-a keçidinin baş tutmamasına səbəb nə olub?

Antonino Kontenin Real sevdası baş tutmayıb.

arrow Ətraflı
Natiq Şirinov ABŞda səhnəyə çıxacaq like
  • 02 Noy 15:29  
Digərləri Natiq Şirinov ABŞda səhnəyə çıxacaq

Xalq artisti, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinov ABŞ-ın

arrow Ətraflı
Norveçli diplomat Azərbaycan xalçalarına heyran olub like
  • 02 Noy 15:28  
Digərləri Norveçli diplomat Azərbaycan xalçalarına heyran olub

Norveçin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils

arrow Ətraflı
Danimarkalı qapıçı vertolyot qəzasında ölən klub prezidentini xilas etməyə çalışıb like
  • 02 Noy 15:25  
Dünya Danimarkalı qapıçı vertolyot qəzasında ölən klub prezidentini xilas etməyə çalışıb

İngiltərə "Lester"inin qapıçısı Kasper Şmeyxel vertolyot qəza

arrow Ətraflı
Şahzadə öldürülən jurnalist haqqında: "Təhlükəli biri idi"  FOTO like
  • 02 Noy 15:20  
Dünya Şahzadə öldürülən jurnalist haqqında: "Təhlükəli biri idi" FOTO

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman jurn

arrow Ətraflı
De Bruynenin zədəsi ciddi oldu like
  • 02 Noy 15:19  
İdman De Bruynenin zədəsi ciddi oldu

Manchester City-nin futbolçusu Kevin De Bruyne

arrow Ətraflı
Bakıda "Bulaq" restoranındakı atışma iştirakçısının cəzası azaldıldı like
  • 02 Noy 15:17  
Digərləri Bakıda "Bulaq" restoranındakı atışma iştirakçısının cəzası azaldıldı

Ali Məhkəmədə Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş ver

arrow Ətraflı
Yuliya Skripalın nişanlısı yoxa çıxıb like
  • 02 Noy 15:15  
Dünya Yuliya Skripalın nişanlısı yoxa çıxıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Baş Kəşfiyy

arrow Ətraflı