Həbsxanada yatan azərbaycanlı məşhurlar


Digərləri 02 Noy 2018 15:38:00 288 0

Həbsxanada yatan azərbaycanlı məşhurlar

Tanınmış prodüser Təranə Səmədova və stilist İntuşun həbs olunmasından sonra şou-biznes nümayəndələrinin həbs həyatı yenidən gündəmə gəlib. 

Təranə və İntuş İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Onlar qızları fahişələyə cəlb etməkdə günahlandırılır. 

Hər kəsə bəllidir ki, bir çox tanınmışın yolu həbsxanadan keçib. Onlardan bəziləri hazırda elə həbsdədir. 

Son.az xəbər verir ki, azxeber.com adı cinayət əməllərində hallanan, həbsxanaya düşən məşhurlarla bağlı araşdırma aparıb. 

Tanınmış idmançı Kamil Zeynallı 2 dəfə həbsdə olub:  "Bir il türmədə olmuşam. Bir dava olmuşdu, mənə söyüş söyülmüşdü. Həmin söyüşə görə başım çevrilmiş, əsəbilərim korlanmışdı. İki dəfə başıma belə hadisə gəlib, həbsdə olmuşam".

Müğənni Maral Tahirqızının da yolu həbsxanadan keçib. Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda azadlıqdadır. Məşhur meyxanaçı Mahir Cürət də həbsdə yatıb.

2016-cı ildə narkotik üstündə tutulan meyxanaçı artıq həbsdən çıxıb. Mahir Cürət Kürdəxanı qəsəbəsindəki Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasında cəza çəkib.  Xanım müğənnimiz Fədayə Laçın da hazırda həbsxanadadır.

Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. Növbəti sırada tanınmış müğənni-bəstəkar Tunar Rəhmanoğlu dayanır.