Danimarkalı qapıçı vertolyot qəzasında ölən klub prezidentini xilas etməyə çalışıb


Dünya 02 Noy 2018 15:25:00 307 0

Danimarkalı qapıçı vertolyot qəzasında ölən klub prezidentini xilas etməyə çalışıb

İngiltərə "Lester"inin qapıçısı Kasper Şmeyxel vertolyot qəzasında dünyasını dəyişən klub prezidenti Vişay Şrivaddanaprabhanı xilas etməyə çalışıb. 

Son.az report-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Klod Pyuel "Daily Express"ə açıqlamasında bildirib. 

O, 32 yaşlı danimarkalı qolkiperin Şrivaddanaprabhanın qəzaya düşdüyü anlara şahidlik etdiyini və ona kömək etməyə çalışdığını bildirib. 57 yaşlı mütəxəssis qeyd edib ki, polislər Şmeyxeli hadisə yerindən uzaqlaşdırıblar: "Bu, belədir, amma ətraflı məlumat vermək istəmirəm. Kasperi gördüm, dəhşətli şeylər yaşadım. O da bütün oyunçular kimi məyusdur. Hazırda bütün kollektiv kədərlidir".  

(adsgarden = window.adsgarden || []).push({});