İqor Popov: "Təmas xəttində vəziyyət sabitləşib"


Siyasət 02 Noy 2018 15:12:00 233 0

İqor Popov: "Təmas xəttində vəziyyət sabitləşib"

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət az-çox sabitləşib.

Son.az report-a istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Azərbaycan və Ermənistan rəhbərliyi ilə bir sıra görüşlər keçirdiyini vurğulayıb.

"Dağlıq Qarabağ prosesinin gedişatı ilə bağlı məsələlər diqqət mərkəzindədir. O cümlədən, iki ölkənin liderləri arasında Düşənbədə baş tutan danışıqları, əldə edilmiş və hazırda həyata keçirilən razılaşmaları müzakirə etdik. Yerevanla Bakı arasında yaradılan kommunikasiya xəttindən danışdıq", - deyə İ.Popov bildirib.