Yuliya Skripalın nişanlısı yoxa çıxıb


Dünya 02 Noy 2018 15:15:00 264 0

Yuliya Skripalın nişanlısı yoxa çıxıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Baş Kəşfiyyat İdarəsinin polkovniki Sergey Skripalın qızı Yuliya Skripalın nişanlısı itkin düşüb.

Son.az report-a isinadən xəbər verir ki, onun maşını Moskvada yaşadığı binanın girişində saxlanılmış vəziyyətdədir. 

Yuliyanın nişanlısının Nuar adlı iti isə yarım ildir sığınacaqda saxlanılır.

Yuliyanın 45 yaşlı əmisi qızı Viktoriya Skripal da Rusiya hərbi kəşfiyyatının onu izləyəcəyindən ehtiyat etdiyini söyləyib. O deyib ki, xəstəxanadan çıxdıqdan sonra nə əmisi, nə də Yuliya ilə əlaqə saxlaya bilməyiblər.

Yuliya Skripal isə nişanlısını Rusiya Baş Kəşfiyyat İdarəsininin agenti olması ehtimalını irəli sürüb.