TƏKLİF: Nəsli kəsilməkdə olan balıqların artımı üçün müasir fermalar yaradılmalıdır


Digərləri 02 Noy 2018 15:12:00 244 0

TƏKLİF: Nəsli kəsilməkdə olan balıqların artımı üçün müasir fermalar yaradılmalıdır

Nəsli kəsilməkdə olan balıqların artımı üçün su hövzələrində müasir fermalar yaradılmalıdır.

Bakı. İlhamə İsabalayeva - Nəsli kəsilməkdə olan balıqların artımına nail olmaq üçün su hövzələrində sivil və müasir fermalar yaradılmalıdır. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib. O qeyd edib ki, ölkəmizdə digər ekoloji problemlərlə yanaşı, balıq ehtiyatlarının tükənmə təhlükəsi də var.