Bakıda "Bulaq" restoranındakı atışma iştirakçısının cəzası azaldıldı


Digərləri 02 Noy 2018 15:17:00 288 0

Bakıda "Bulaq" restoranındakı atışma iştirakçısının cəzası azaldıldı

Ali Məhkəmədə Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Fuad Əsgərov, Bəhruz Rəfiyev, Süleyman Abdullayev və Tofiq Qaramizədənin kassasiya şikayətinə baxılıb.

Bakı. Samir Əli - Ali Məhkəmədə Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Fuad Əsgərov, Bəhruz Rəfiyev, Süleyman Abdullayev və Tofiq Qaramizədənin kassasiya şikayətinə baxılıb. Trend-in məlumatına görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, F.Əsgərov, B.Rəfiyev və T.Qaramizədə kasassiya şikayətini geri götürüb. Prosesdə Süleyman Abdullayevin şikayətinə baxılıb və məhkəmə qərarı elan edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarında dəyişiklik edilib və S.Abdullayevin cəzası 7 ildən 4 ilə endirilib.