Sergey Lavrov: "Rusiya ATƏTin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini alqışlayır"


Siyasət 02 Noy 2018 15:02:00 273 0

Sergey Lavrov: "Rusiya ATƏTin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini alqışlayır"

Rusiya ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini müsbət qiymətləndirir.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Baş katibi Tomas Qreminger ilə görüşdən sonra təşkil edilən brifinqdə deyib.

"Təşkilatın Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanmasındakı, Cənubi Qafqazda sabitliyə dair Cenevrə müzakirələrindəki səylərini, eləcə də ATƏT-in Balkanlardakı fəaliyyətini müsbət qiymətləndirdik.

Minsk tədbirlər paketinin tam və ardıcıl yerinə yetirilməsinin alternativsizliyinə əsaslanaraq, Ukraynanın şərqində siyasi həll prosesinin perspektivlərini ətraflı müzakirə etdik", - S.Lavrov bildirib.