Məhkəmə hakimləri təyin edildi


Digərləri 02 Noy 2018 14:44:00 307 0

Məhkəmə hakimləri təyin edildi

Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib. 

Son.az modern.az-a istinadən xəbər verir ki, Milli Məclisə daxil olan layihəyə əsasən, Sənan Firudin oğlu Hacıyev Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Ali Məhkəmənin hakimi təyin olunub. 

Bundan başqa, Novruzov Əsgər Novruz oğlu, Allahverdiyev Mehman Dünyamalı oğlu Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimləri, Xıdırov Əhliman Mehman oğlu Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri təyin edilib.