Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə başlayır


Digərləri 02 Noy 2018 14:35:00 222 0

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə başlayır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu başlayır.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən report-a verilən məlumata görə, bu proses noyabrın 5-dən 9-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçiriləcək. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.