Günəşə həsrət qalan bina sakinləri VİDEO FOTO


Digərləri 02 Noy 2018 14:39:00 229 0

Günəşə həsrət qalan bina sakinləri  VİDEO  FOTO

Son zamanlar paytaxt Bakıda binalar bir-birinə çox yaxın tikilir. Əgər bir binanın eyvanına çıxsan, digərinə çox rahatlıqla keçə bilərsən. Digər bir məqam isə fövqəladə hallar zamanıdır. Əgər bir bina yansa, digəri ondan əvvəl yanacaq. Çünki alovun bir-birinə keçmək ehtimalı çox böyükdür. Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Sakin: "Pəncərədən baxanda evin içərisi görünür. Onların o qaydada yaşamağı düzgün deyil. Ailədir evdə geyinib-soyunmağı var. Evin içi görünür. Çox hadisə ola bilər. Oğurluq da ola bilər". Bir-birinə çox yaxın tikilən binalar yanğınsöndürən maşınların hərəkətini də məhdudlaşdırır. Problem aktual olsa da, hələlik həlli istiqamətində real addımlar atılmır. Nüsrət İbrahimov - Ekspert: "Binanı tikən olsun koperativ, olsun MMC-lər, ya olsun hər hansı bir investor onun son nəticəsini hesablayır. Yəni bina tikilib satılandan sonra mən nə mənfəət əldə edəcəm". Binaların bir-birinə yaxın tikilməsindən, ilk növbədə, zərər çəkənlər həmin binaların sakinləridir. Qarşı pəncərələri çox yaxın olan binalardakı insanlar, demək olar ki, həmişə pərdə arxasında yaşamağa məcbur olurlar. Nəticədə mənzilə günəş işığı düşmür. Bu isə insanların sağlamlığı baxımından təhlükəlidir. Rauf Paşayev - Mühəndis: "Binaların arası elə olmalıdır ki, zəlzələ və yanğın zamanı digərinə ziyan vurmasın". Əslində, binalar arasında məsafə binanın hündürlüyünün 1/3-i qədər olmalıdır. Əgər 16 mərtəbəli binadırsa, onun hündürlüyü olur təxminən 50 metr, onun 1/3-i edir təxminən 17-18 metr. Amma bizim binalarda isə heç 7-8 metr ara da yoxdur. Ekspertlərin sözlərinə görə, bu gün tikinti işlərinin əksəriyyəti şəxsi vəsait hesabınadır, sahibkarların qarşılarına qoyduqları əsas meyar isə qazancdır. Tikinti üçün 1 hektar yer alan sahibkar həmin ərazidə daha çox bina tikməkdə maraqlıdır. Onun qarşısını isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi almalıdır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar