Dağılan "Bozbash pictures"in üzvləri nə işlə məşğuldular?


Şou-biznes 02 Noy 2018 13:54:00 349 0

Dağılan "Bozbash pictures"in üzvləri nə işlə məşğuldular?

Aparıcı-aktyor İlkin Həsəni bir müddət əvvəl "Bozbash pictures" komandasının dağılması haqda açıqlama verib.  Son.az axşam.az-a istinadən xəbər verir ki, komandanın üzvləri birlikdə eyni layihədə yer almasalar da, ayrı-ayrılıqda fəaliyyətlərini davam etdirirlər.  "Bozbash pictures"in üzvləri indi nə işlə məşğuldular? Ekran işində Ağsaqqal obrazı ilə tanınan Azər Baxşəliyev "Bozbash pictures"dən hələ layihə bitməmiş ayrılmışdı. Azər daha sonra "M group" prodakşında fəaliyyətə başlayıb. Hazırda isə o, verilişlərdə redaktor kimi çalışır.  Fəlakət obrazı ilə sevilən Elşən Orucov isə tək fəaliyyət göstərir. O, hazırda yeni çəkildiyi filminin qalasına hazırlaşır.  Layihənin Şöşüsü Ramil Babayev isə aparıcı kimi tamaşaçıların görüşünə gələcək. O, ATV telekanalında yayımlanacaq proqramın hazırlıqlarına artıq başlayıb. Həftədə bir dəfə efirə gedəcək veriliş yaxın günlərdə yayıma başlayacaq. "Bozbash pictures"in Qılman Hocası İlkin Misgərli "Buğlama şou" ilə efirə qayıdacaq.  "Buğlama şou"nun isə digər siması Şirin obrazı ilə tanınan Nicat Rəhimovdur.  Şəmi obrazının ifaçısı İlkin Həsəni isə "İLK media" adlı prodakşın işlədir. Eyni zamanda bu yaxınlarda restoran biznesinə başlayıb. Son.az   


Xəbərə aid fotolar