Məhəmməd Salah: “İnanmazdım ki, nə vaxtsa Liverpool-un heyətində ola bilərəm”


İdman 02 Noy 2018 13:50:00 302 0

Məhəmməd Salah: “İnanmazdım ki, nə vaxtsa Liverpool-un heyətində ola bilərəm”

Liverpoolun yarımmüdafiəçisi Məhəmməd Salah kluba keçmək arzusunun 6 il bundan əvvəl yarandığını deyib.

Goal.az xəbər verir ki, misirli 10 yaşında Liverpool barədə eşitdiyini bildirib. “Böyük klubdur. Bütün dünya tanıyır. Liverpool-un Yaxın Şərqdə kifayət qədər fanafı var. Təqribən 10 yaşımda belə bir klubun olduğunu bilirdim. İnanmazdım ki, nə vaxtsa Liverpoolun heyətində ola bilərəm. Arzuların dalınca getmək lazımdır. Cəhd edəndə arzularına çatırsan. Keçid barədə ilk dəfə 2012-ci ildə fikirləşdim. Bazeldə oynayanda. Ötən il təklif aldım. Heç düşünmədən qərar verdim. İndi buradayam - arzuladığım klubda”, - Salah deyib.