Təranə Mahmudova Linli Marte ilə “Baku Sound” konsertini keçirəcək


Kriminal 02 Noy 2018 13:49:00 291 0

Təranə Mahmudova Linli Marte ilə “Baku Sound” konsertini keçirəcək

Təranə Mahmudova caz ulduzu Linli Marte ilə “Baku Sound” konsertini keçirəcək

Populyar azərbaycanlı ifaçı Təranə Mahmudova Beynəlxalq Muğam Mərkəzində "Baku Sound" adlı konsert proqramı ilə çıxış edəcək.

Son.az xəbər verir ki, Təranə Mahmudovanın yaradıcılıq fəaliyyətinin 20 illiyinə həsr olunmuş caz gecəsi noyabrın 28-də saat 20:00-da baş tutacaq.

Konsert proqramında Azərbaycanın caz şəklinə salınmış xalq kompozisiyaları və müasir caz əsərləri təqdim ediləcək. Çıxış dünya səviyyəli bas-gitaraçı, super caz ulduzu Linli Marte, məşhur zərbəçi, beynəlxalq festivalların iştirakçısı və laureatı Zaza Tserdsvadze (Gürcüstan) və istedadlı pianoçu Elbəy Məmmədzadənin (Azərbaycan) müşayiəti ilə baş tutacaq.

Linli Marte ekzotik Mavriki adasında anadan olub. Onun musiqi üslubunu ehtiras, virtuozluq və Afrika ilə hind aksentlərinin eşidildiyi unikal ritm hissləri təşkil edir.

O, musiqini fantastik qavrama qabiliyyəti və təbii texnika sayəsində bas-gitara ilə müasir ifaçılıqda inanılmaz zirvələrə çatıb. Linli Marte musiqi karyerası ərzində bir çox, o cümlədən François Jeanneau, Lionel Belmondo, Stéphane Belmondo, Eric Bensoussan, Antoine Hervé, Marc Berthoumieux, Sylvain Beuf, Flavio Boltro, Jean-Pierre Como, Laurent Coq, Jean-Marie Ecay, Christian Escoudé, Denis Leloup, Francis Lockwood, Nicolas Genest, Nguyên Lê, Olivier Ker Ourio kimi tanınmış musiqiçilərlə əməkdaşlıq edib.