Prezidentliyə namizədlər Facebookda reklama 20 min dollardan çox pul xərcləyiblər


Dünya 02 Noy 2018 13:35:00 281 0

Prezidentliyə namizədlər Facebookda reklama 20 min dollardan çox pul xərcləyiblər

Gürcüstanda prezidentliyə namizədlər "Facebook" sosial şəbəkəsində reklama 53 min laridən çox (20 min dollardan çox) vəsait xərcləyiblər. 

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Audit İdarəsi məlumat yayıb.

Facebook-da reklama ən çox pulu 35 396 lari olmaqla prezidentliyə müstəqil namizəd Salome Zurabişvili xərcləyib. Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze 16 638 lari, Avropalı Gürcüstan partiyasının namizədi David Bakradze isə 878 lari pul sərf edib.