Deputatlığa namizəddən rüşvət almaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır


Digərləri 02 Noy 2018 13:26:00 286 0

Deputatlığa namizəddən rüşvət almaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Deputatlığa və hakimliyə namizədlərdən rüşvət almaqda təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

Son.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası noyabrın 6-na təyin edilib.

Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.

Qeyd edək ki, E.Babayev Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdara rüşvət almaqda) təqsirləndirilir. İş üzrə Akif Şəmiddin oğlu Rəhimov və Elvar Mirzələkbər oğlu Xəlilov zərərçəkən şəxslər qismində tanınıblar.